Sabahdan turistlər Serbiya ərazisinə testdən keçmədən daxil ola biləcəklər
Tarix: 21-05-2020, 23:11
Baxılıb: 1 076
Google+ Paylaş
Tumblr Paylaş

Sabahdan turistlər Serbiya ərazisinə testdən keçmədən daxil ola biləcəklər

21-05-2020, 23:11

Serbiya istənilən xarici ölkə vətəndaşının və öz sakinlərinin mayın 22-dən etibarən koronavirus testlərindən keçmədən ərazisinə girməsinə icazə verəcək.
RTS kanalı xəbər verir ki, onlar 14 günlük karantin keçmədən respublika ərazisinə daxil ola biləcəklər.
Ölkənin Tikinti, Nəqliyyat və İnfrastruktur naziri Zorana Mixayloviç iki aylıq fasilədən sonra uçuşları bərpa etmə barədə açıqlama verərkən bu barədə danışıb:
“Sabahdan etibarən koronavirus testləri və 14 günlük karantin olmadan ölkəyə girişə icazə veriləcək. Bu gün hökumətin iclası olacaq. Görüşdə koronavirusla mübarizə operativ qərargahının təklifi ilə sabah Serbiya və digər ölkələrin vətəndaşlarının testdən keçmədən və təcrid olunmadan ölkəyə daxil olmalarına qərar veriləcək. Onlar yalnız şəxsi məsuliyyət daşıyırlar”.
Zorana Mixayloviç bildirib ki, milli aviadaşıyıcı “Air Serbia” mayın 21-də Avropa aviaşirkətləri arasında ilk olaraq kommersiya sərnişin reyslərini bərpa edib: "Biz uçuşlara başlayan ilk Avropa aviaşirkətlərindən biriyik. Bu, yalnız bizdən asılı olsaydı, uçuşlara bir ay əvvəldən başlayacaqdıq”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ