Təhsil Şöbəsinə yeni müdir təyin olundu
Tarix: 21-05-2020, 22:00
Baxılıb: 1 161
Google+ Paylaş
Tumblr Paylaş

Təhsil Şöbəsinə yeni müdir təyin olundu

21-05-2020, 22:00

İsmayıllı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.
Avromedia.az xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun sərəncamı ilə quruma Rövşən Əliyev rəhbər təyin olunub. O, bu gün icra başçısı tərəfindən kollektivə təqdim olunub.
Qeyd edək ki, R.Əliyev 1968-ci ildə Lahıc qəsəbəsində anadan olub, 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-informatika fakültəsini bitirib. Lahıc qəsəbə tam orta məktəbində fizika-informatika müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb.
Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə keçirilmiş 2009/2010 və 2014/2015-ci tədris illəri üzrə “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi olub, ölkə başçısının digər sərəncamı ilə 2013-cü ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 6-11-ci siniflər üzrə fizika dərsliklərinin həmmüəllifidir.
O, 2015-ci ildən bu günə qədər Lahıc bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ