Azərbaycanda koronavirus ən çox bu məhlədə yayılıb
Tarix: 21-05-2020, 09:03
Baxılıb: 2 774
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda koronavirus ən çox bu məhlədə yayılıb

21-05-2020, 09:03

Son günlərin statistikasına görə koronavirus infeksiyasının sürətlə yayılmasına görə Yevlax şəhəri liderə çevrilib.

Koronavirusa yoluxanlar arasında Yevlax Təcili Tibbi Yardım məntəqəsinin əməkdaşları da var. Hazırda onlardan beş nəfəri Ağdaş karantin mərkəzində müalicə olunur. Tibb işçiləri ilə yanaşı şəhər sakinləri arasında da yoluxma halı geniş vüsət alıb. 80 nəfərə qədər yoluxmuş şəhər sakinindən 53-ü kompakt olaraq eyni məhəllədə yaşayanlardır. Yaranmış təhlükəli vəziyyətin qarşısını almaq məqsədilə Yevlax Polis Şöbəsinin əməkdaşları məhəlləyə giriş-çıxışı məhdudlaşdırıb. Görülən təhlükəsizlik tədbirləri isə yerli qaraçıların etirazına səbəb olub. Polis əməkdaşlarının tələbinə əməl etməkdən imtinaya cəhd olunub. Təxirəsalınmaz tədbirlər sayəsində qanunazidd əməllərin qarşısı alınıb.

Sputnik Azərbaycan-ın əməkdaşı böhranlı vəziyyət bölgəsinə gedərək yaranmış durumu yaxından müşahidə edib, məhəllə yollarında qoyulmuş polis blokpostlarının canlı şahidi olub. Qeyd edək ki, giriş-çıxışı məhdudlaşdırılmış məhəlləyə daxil olmağa icazə verilməyib. Polislər bunu təhlükəsizlik tədbirləri ilə əlaqələndiriblər.

Onu da deyək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında kompakt yaşayan qaraçı məhəlləsində yoluxanların sayı 53 nəfər göstərilib. Yoluxanlar karantin rejimində müalicəyə cəlb olunublar. Əlavə olaraq onu da bildirək ki, qaraçı məhəlləsində gərginliyin hələ də davam edəcəyi gözlənilir. Yerli sakinlərlə söhbət zamanı məlum olub ki, məhəllədəki qaraçılar təhlükəsizlik qüvvələrinə qarşı aqressiv hərəkətlərə meyllidirlər. Arzuolunmaz hadisələrin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına kömək olmaq əvəzinə, mane olmağa çalışırlar.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ