Xaricdəki 60 ehtiyac içindəki tələbəmiz, 42 ailə sevindi
Tarix: 4-05-2020, 22:09
Baxılıb: 1 074
Google+ Paylaş
Tumblr Paylaş

Xaricdəki 60 ehtiyac içindəki tələbəmiz, 42 ailə sevindi

4-05-2020, 22:09

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) birgə təşkilatçılığı ilə Şimali Kiprdə yaşayan azərbaycanılara yardım edilib.
Avromedia.az xəbər verir ki, AKDC-nin sədri Orxan Həsənoğlu yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən Şimali Kiprdə martın 12-dən etibarən karantin elan olunduğunu deyib. Bu səbəbdən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti öz ailə üzvləri ilə Kiprdə yaşayan və iş yerlərini itirən, müvəqqəti maddi çətinlik çəkən soydaşlarımızın və adada təhsil alan ehtiyac içində qalan tələbələrimizin sayını araşdıraraq, bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ünvanlayıb.
Müraciətə operativ cavab verən komitə rəhbərliyi Azərbaycan-Kipr Dostluq Cəmiyyətinə həyata keçirdiyi yardımların davam etdirilməsi üçün maddi yardım göndərib. Nəticədə bu günə qədər Şimali Kiprdə ehtiyacı olan 20-dən çox soydaşımız yataqxana ilə təmin edilib. Universitetlərdə təhsil alan ehtiyac içərisində olan 60 tələbəmizə, həmçinin ailədə ən azı 1 övladı olan 42 azərbaycanlı ailəyə ərzaq və maddi yardım göstərilib.
“Bu günə qədər Azərbaycan cəmiyyəti olaraq Şimali Kiprdə yaşayan soydaşlarımızın daim yanında olmuşuq. Bu çətin günlərdə də onları dəstəkləməyə çalışırıq. Soydaşlarımızın bəzilərini evində ziyarət edir, ehtiyaclarını qarşılayır və problemlərini dinləyib kömək edirik. Vətəndaşlarımız bütün ölkələrdə olduğu kimi Şimali Kiprdəki soydaşlarımıza göstərilən diqqət və qayğıya görə dövlətimizdən sonsuz razılıqlarını ifadə edir, Prezident İlham Əliyevə səmimi minnətdarlıq ünvanlayırlar”, - Orxan Həsənoğlu deyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ