Azərbaycanda vəzifəli şəxsin qohumu tutuldu
Tarix: 4-05-2020, 18:38
Baxılıb: 1 664
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda vəzifəli şəxsin qohumu tutuldu

4-05-2020, 18:38

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayonu ərazisində sərxoş halda yol-nəqliyyat hadisəsi törədərək üç şəxsin ölümünə səbəb olan sürücü cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, aprelin 10-da saat 21 radələrində 1984-cü il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 263.1-ci və 263.2-ci maddələri ilə məhkum olunmuş Bəxtiyar Şahverdiyevin sərxoş halda idarə etdiyi “KİA” markalı 10-BX-090 dövlət qeydiyyat nişanlı avtomobillə Şabran rayonu ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq sərnişinlər - Elnur Babayevin, Cəlal Babayevin və Vüsal Zəkiyevin ölmələrinə, İsmayıl Zəkiyevin və Ramin Əzməmmədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri almalarına səbəb olması faktı üzrə Şabran Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

B.Şahverdiyevə Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ