Tanınmış “KVN”çiyə yüksək vəzifə verildi
Tarix: 4-05-2020, 15:33
Baxılıb: 1 965
Google+ Paylaş
Tumblr Paylaş

Tanınmış “KVN”çiyə yüksək vəzifə verildi

4-05-2020, 15:33

Milli Məclisdə (MM) kadr islahatları davam edir.
MM Aparatının Beynəlxalq əlaqələr şöbəsinə yeni sektor müdiri təyin olunub.
Bu vəzifəyə İlqar Nəbiyev layiq görülüb.
İlqar Nəbiyev 1976-cı ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxış etməyə başlayıb.
Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2001-ci ildən Tahir İmanovun yaratdığı “Planet Parni iz Baku” KVN teatrında da iştirak edib.
Daha sonra müxtəlif yumoristik layihələr hazırlayıb və “Şən və Hazırcavablar klubu” yarışları təşkil edib. “İqra” Yaradıcılıq Birliyinin rəhbəridir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ