Karantindən sonra təmtəraqlı yas məclislərinə son qoyulacaq?- VİDEO
Tarix: 4-05-2020, 15:09
Baxılıb: 1 662
Google+ Paylaş
Tumblr Paylaş

Karantindən sonra təmtəraqlı yas məclislərinə son qoyulacaq?- VİDEO

4-05-2020, 15:09

Xüsusi karantin rejimində yas mərasimlərinin çadırlarda və digər qapalı məkanlarda təşkili qadağandır.
Dəfn mərasimlərində isə məhdud sayda insanın iştirakına icazə verilir. Bu arada, millət vəkili Fazil Mustafa bunu koronavirusun Azərbaycan xalqına ən böyük mənəvi xeyri hesab edir.
Depuatın sözlərinə görə, ay yarımdır insanlar sakitcə, təmtəraqsız yas məclisi qurmadan, xeyli vəsait sərf etmədən ölüsünü dəfn edib, gəlib evlərində qayğıları ilə məşğul olurlar. 7, 40, il mərasimlərinə xərclənən pulları da ciblərində qalır.
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Fazil Mustafa – Milli Məclisin deputatı: “Hesab edirem ki, bu ən-ənənin gələcəkdə də davam eləməsi vacibdir. Çünki bizdə yas mərasimləri insanlar üçün böyük bir sıxıntı mənbəyidir. İnsanlar əslində öz əzizlərinin üzüntüsünü yaşamaqla yanaşı həm də maddi cəhətddən kifayət qədər əziyyət çəkirlər. Və hər hansı bir tədbiri yola vermək onlar üçün böyük bir məsrəf bahasına başa gəlir”.
Millət vəkilinin gündəmə gətirdiyi məsələni dəyərləndirən ekspertlər deyir ki, Azərbaycanda yas mərasimləri insanlar üçün böyük sosial bəlaya çevrilib.
Zahid Məmmədovov – Ekspert: “Bəzi hallarda görürsən ki, yoxsul insan bankdan kredit alır ki, mənim atamın qırxıdır, anamın qırxıdır. Bu nə deməkdir, nə düşüncədir. Nə vaxta qədər insanlar özlərinin ciblərinə uyğun olmayan mərasimlər həyata keçirəcək?”
QMİ-nin səalahiyətli nümayəndəsi Hacı Surxay Məmmədli deyir ki, rəhmətə gedən şəxsin yaxınlarının əziyyətə salınması, borc-xərcə düşməsi, yaxud israfçılığa yuvarlanması islam dininə ziddir.
Hacı Surxay Məmmədli - QMİ-nin səalahiyətli nümayəndəsi: “Bu virus bizə eyni zamanda israfa yol verməməyi də öyrətdi. İslamda həddindən artıq israf olmaz. Allahın özünün də Qurani-Kərimdə həddi var. O hədləri keçməyin, hədləri aşmayın”.
Fazil Mustafa – Milli Məclisin deputatı: “Düşünürəm ki, bu qaydaların davam etməsi lazımdır. Çünki bu həm İslam dininin tələblərinə uyğun olar, həm də əlavə insanları problemlərdən qurtarmış olar. Yaxşı olar ki, kiçik səviyədə, yaxın insanların iştirakı ilə bu mərasimlər keçirilsin”.
Bu kimi məsələlər daha çox tövsiyyələrlə tənzimlənir. Ona görə də hər bir insan dərk etməlidir ki, bu israfçılıqdan başqa bir şey deyil.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ