Dövlət qurumlarının işçilərinin fəaliyyəti bu gündən bərpa olunur
Tarix: 4-05-2020, 09:06
Baxılıb: 1 794
Google+ Paylaş
Tumblr Paylaş

Dövlət qurumlarının işçilərinin fəaliyyəti bu gündən bərpa olunur

4-05-2020, 09:06

Azərbaycanda dövlət qurumlarının işçilərinin fəaliyyəti bu gündən bərpa olunub.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa edilib (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilir).

Yuxarıda qeyd olunan şəhərlər və Abşeron rayonundan başqa, respublikanın digər ərazilərində isə dövlət qurumlarının işçilərinin fəaliyyəti tam sayda bərpa olunub.

"DOST" mərkəzləri də xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bu gündən bərpa edib.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ