İnsanlar görün hansı adla evdən çıxırlar
Tarix: 9-04-2020, 17:21
Baxılıb: 1 792
Google+ Paylaş
Tumblr Paylaş

İnsanlar görün hansı adla evdən çıxırlar

9-04-2020, 17:21

Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir".

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bəzi vətəndaşların sistem vasitəsi ilə "3" kodu, yəni yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətlərinin bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib:

"Bir daha xatırladırıq ki, "3" kodu yaxın qohumunun dəfnində iştirak üçün nəzərdə tutulub. Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan olunub.

Vətəndaşlarımızı bu kimi hallara yol verməməyə çağırırıq. Əks halda, bu hallar xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və hüquq-mühafizə orqanları tərəfindən bununla bağlı ciddi məsuliyyət tədbirləri görüləcək

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ