Rusiyadan cənazələrin gətirilməsi... - Rəsmi
Tarix: 8-04-2020, 17:28
Baxılıb: 1 797
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyadan cənazələrin gətirilməsi... - Rəsmi

8-04-2020, 17:28

2 apreldə MBT Baş Assambleyasında koronavirusla mübarizəyə ilə bağlı qətnamə qəbul olunub. Azərbaycan da burada iştirak edir. Ətraflı müzakirələr aparılıb və görülən işlərə yüksək qiymət verilib.
Bunu Prezidentin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın mətbuat konfransında deyib.
"Bu günə qədər xaricdən ölkəyə 15 mindən artıq vətəndaş gətirilib. Azərbaycana gətirilən vətəndaşlar xüsusi karantin zonalarına yerləşdirilib. 20 aprel tarixinə qədər Azərbaycana giriş-çıxış tam dayandırılıb.
Əsas məqsəd odur ki, Azərbaycanın aidiyyəti strukturları tərəfindən daxili yoluxma halları konsentrasiya olunsun və zəruri tədbirlər həyata keçirilsin. Bu xüsusda xaricdə olan vətəndaşlara göstərdikləri təmkinə görə təşəkkür edirik. Azərbaycan hökuməti vətəndaşlarının yanındadır", - H.Hacıyev deyib.
O bildirib ki, quru sərhəd keçid məntəqələrində xüsusi hallar nəzərə alınır:
"Rusiya sərhədində cənazələrin gətirilməsi ilə bağlı müraciətlər olub. İstisnalar əsasında cənazələrin ölkəyə daxil olunması həyata keçirilib. Lakin aprelin 20-nə qədər sərhədlər bağlı olacaq".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ