Azərbaycan maskaları gələn həftə satışa çıxarılacaq
Tarix: 7-04-2020, 13:41
Baxılıb: 2 018
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan maskaları gələn həftə satışa çıxarılacaq

7-04-2020, 13:41

"Sumqayıtda ötən gün fəaliyyətə başlamış maska istehsalı müəssisəsinin hesabına Azərbaycanın idxaldan asılılığına son qoyulacaq və ölkəmiz özünü maska ilə tam təmin edəcək".

Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

"Bakı Tekstil Fabriki" MMC-yə məxsus həmin müəssisənin investisiya dəyəri 3,9 milyon manatdır. Bunun 1,2 milyon manatını İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu güzəştli kredit kimi ayırıb. İki həftə ərzində lazımi avadanlıqlar və xammal alınıb. Burada tibbi maska ilə yanaşı, tibbi spirt və dezinfeksiya vasitələri də istehsal olunur. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır", - deyə o, qeyd edib.

Yeni müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi 3 növbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla hər gün 120 min tibbi maska istehsal edilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ