Evlər ucuzlaşmağa başlayıb
Tarix: 7-04-2020, 11:56
Baxılıb: 2 033
Google+ Paylaş
Tumblr Paylaş

Evlər ucuzlaşmağa başlayıb

7-04-2020, 11:56

Koronavirusla bağlı Azərbaycanda tətbiq olunan karantin rejimi digər sahələrlə yanaşı daşınmaz əmlak bazarına da təsir göstərəcək.
Bu barədə Trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, digər sahələrlə müqayisədə, koronavirusun əmlak bazarına təsir göstərməsi üçün bir müddət lazımdır:
“Gələn aydan biz bu təsiri hiss edəcəyik. Həm mənzillərin qiymətlərində, aktivlikdə, həm də mənzil portfelinin həcmində bu təsir özünü göstərəcək.
Yəni bütün göstəricilərdə biz bu təsiri hiss edəcəyik. Amma bu gün daşınmaz əmlak bazarında qiymətlər artıq tədricən düşməyə başlayır. Ancaq onun haqqında tam fikir söyləmək bu gün tezdir”.
Ekspert vurğulayıb ki, koronavirusun daşınmaz əmlak bazarına təsiri karantin rejiminin müddətindən asılı olacaq:
“Hadisələrin gedişatından asılı olaraq bu təsir qısa, orta və uzunmüddətli olar bilər. Bunların təsir dairəsi isə təbii ki, müxtəlifdir.
Qısamüddətli olarsa (1-2 ay), demək olar ki, heç bir ciddi təsir göstərməyəcək. Ortamüddətli (2-3 ay) olarsa, təbii ki, bazara təsir göstərəcək, qiymətlərdə 10-12 faiz civarında azalma olacaq, uzunmüddətli (3 aydan daha artıq, 5 ay-1 il) olarsa, 20-25 faizə qədər qiymət azalması ola bilər”.
N.İbrahimov əlavə edib ki, koronavirusun təsiri aradan qalxdıqdan sonra əmlak bazarı da tədricən özünü bərpa edəcək:
“Təbii ki, virusun təsiri aradan qalxdıqdan, karantin rejimi ləğv olunduqdan 2-3 ay sonra bazar əvvəlki vəziyyətini bərpa edəcək və o zaman bazarda aktivliyin artması da gözləniləndir”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ