Əsgərlərimiz "Ən yaxşı" ad uğrunda yarışdı
Tarix: 31-03-2020, 22:25
Baxılıb: 873
Google+ Paylaş
Tumblr Paylaş

Əsgərlərimiz "Ən yaxşı" ad uğrunda yarışdı

31-03-2020, 22:25

Əsgərlərimiz “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adları uğrunda yarışıblar.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Avromedia.az-a bildirilib ki, Ordunun hərbi hissə və təlim mərkəzlərində keçirilən yarışda şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.
Mühəndis hazırlığından kəşfiyyatçı-istehkamçılar minaların qurulması, mina sahələrinin aşkar olunması və keçidin açılması, minaaxtaranın işə salınması və istifadə qaydaları, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər.
“Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adını qazanmaq üçün əsgərlər qumbaraatanlardan praktiki atışlar icra ediblər.
Nəticələrə əsasən “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” adına əsgər Abdul Mustafayev, “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adına isə əsgər Nicat Məmiyev layiq görülüblər.
Qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ