Korona ölkəmizdə niyə yayılır? – Xəbərdarlıq
Tarix: 31-03-2020, 16:05
Baxılıb: 1 796
Google+ Paylaş
Tumblr Paylaş

Korona ölkəmizdə niyə yayılır? – Xəbərdarlıq

31-03-2020, 16:05

Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq, xəstəliyin ölkə ərazisində yayılması müşahidə edilir. Hazırda Azərbaycanda virusa yoluxma dinamikası gündəlik artmaqdadır.
Bu sözlər Nazirlər Kabineti yanında Operativ Qərargahın əhaliyə müraciətində əks olunub.
“Təəssüflə bildiririk ki, xəstəliyin bu artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissənin xüsusu rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələri səbəb olmuşdur”, - məlumatda bildirilib.
Operqərargah bir daha əhalidən qadağalara əməl edilməsini xahiş edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ