Qafar Əliyev: "Kini-küdrəti atıb hamıya əl uzadaq"
Tarix: 31-03-2020, 15:32
Baxılıb: 1 962
Google+ Paylaş
Tumblr Paylaş

Qafar Əliyev: "Kini-küdrəti atıb hamıya əl uzadaq"

31-03-2020, 15:32

Koronavirusun dünyada tüğyan etdiyi bu çətin günlərdə bizə yaxınlaşan fəlakətdən xilas olmağın bir yolu var: qohumlarımıza, dostlarımıza, doğmalarımıza, qonşularımıza, yaxınlarımıza və bizdən uzaqda olan, amma əlimiz çatacaq hər kəsə qarşı ürəyimizdən kini-küdrəti atıb hamıya əl uzatmaq.
Əgər imkanın varsa, daha çox imkansıza, yetimə, kasıba əl uzat. Hansısa ehtiyac içərisində olan insan öz qürurunu sındırmadığına görə evində sakitcə oturub ağır durumda olduğunu kimsəyə biruzə vermək istəmirsə, sən ona tərəf get, ona əl uzat, onun probleminin həllinə kömək elə, ona arxa dur.
Unutma ki, heç yerdə işləməyən, evdə çörəyi olmayan, insanlar var. Gəlin onları axtarıb tapaq, onlara dayaq duraq ki, bu fəlakətdən hamılıqla xilas ola bilək. Allah bu bəlanı yer üzünə göndərməklə bizi sınağa çəkir. Əgər belə etsək, Allah günahlarımızı bağışlayar. Allah günahlarımızı bağışlayandır. Amin! İnşallah!
Qafar Əliyev - Yeni Azərbaycan Partiyasının
(YAP) Siyasi Şurasının üzvü
31 mart 2020-ci il.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ