Sürücülər koronavirus riskindən necə qorunmalıdır?
Tarix: 27-03-2020, 15:11
Baxılıb: 1 659
Google+ Paylaş
Tumblr Paylaş

Sürücülər koronavirus riskindən necə qorunmalıdır?

27-03-2020, 15:11

Koronavirus infeksiyasına yoluxma riski olanlar həm də sürücülərdir. Xüsusilə müstəqil halda taksi xidməti göstərən şəxslər avtomobilin içində daha təhlükəsiz yerdə olduqlarını hesab edirlər. Ancaq gün ərzində taksiyə minənlərin sayının çox olması, əldən ələ keçən pullar taksi sürücülərini risk qrupuna daxil edir.
Sürücülər infeksiya riskindən qorunmaq üçün ilk növbədə avtomobildə maskadan istifadə etməlidir. Yaxşı olar ki, avtomobildə dezinfeksiyaedici xüsusi məhlul saxlasınlar.
Mütəxəssislər hesab edir ki, taksi sürücülərinin tibbi əlcəklərlə xidmət göstərmələri daha məqsədəuyğundur. Yaxşı olar ki, həmin əlcək tez-tez dəyişdirilsin. Çünki sürücü çirklənmiş əlcəklə gözünə, ağzına, burnuna toxunmaqla infeksiyaya yoluxa bilər.
Həmçinin sürücülər siqaret çəkərkən də diqqətli olmalıdır. Çirkli əllərlə siqaretə toxunub daha sonra onu ağızlarına qoymaqla da virusa yoluxa bilərlər.
İndiki məqamda nağd ödənişlərdən imtina etmək və bunun əvəzinə bank kartından istifadə etmək məsləhət görülür. Kart sistemindən istifadə mümkün olmadıqda isə pulu əlcəklə götürmək məsləhətdir.
Nəm salfetlərlə sükan çarxı və ötürücü qutu çubuğu müntəzəm silinməlidir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ