Fondun vəsaitləri sürətlə artır - Son rəqəm
Tarix: 25-03-2020, 22:26
Baxılıb: 1 050
Google+ Paylaş
Tumblr Paylaş

Fondun vəsaitləri sürətlə artır - Son rəqəm

25-03-2020, 22:26

Bu günün sonuna olan məlumata görə, Koronavirusla mübarizəyə Dəstək Fonduna 85 milyon 617 min 766 manat vəsait toplanıb. Bununla da ötən gündən bu günə Fondun vəsaitləri 7 milyona yaxın artıb.
Avromedia.az xəbər verir ki, ianə edənlər arasında fiziki şəxslər hüquqi şəxsləri ciddi şəkildə üstələyib. Əgər ötən günün sonunda Fonda 569 hüquqi, 472 fiziki şəxs vəsait ödəmişdisə, hazırda bu rəqəmlər müvafiq olaraq 800 və 1464-dür.
Qeyd edək ki, 19 martda Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondu həmrəylik yarışına çevrilib. Hətta fiziki şəxslər arasında, sadə vətəndaşlardan cəmi 1 manat köçürməklə, bu kampaniyaya dəstək verdiyini və Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizə tədbirlərinə qoşulduğunu bu formada nümayiş etdirənlər də az deyil.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ