Bakıda sevgililərin intiharı: Qızın meyiti tapıldı
Tarix: 24-03-2020, 11:22
Baxılıb: 1 852
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda sevgililərin intiharı: Qızın meyiti tapıldı

24-03-2020, 11:22

Fevralın 25-də gecə saatlarında Dənizkənarı Bulvarda biri kişi, digəri qadın olmaqla, iki nəfərin intihar etməsi barədə xəbər vermişdik.
Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu özlərini dənizə atıblar.
25 yaşlı B.Məmmədov xilas edilərək, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Lakin N.Rzazadənin meyitini aşkar etmək mümkün olmamışdı.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının səyi nəticəsində N.Rzazadənin meyiti tapılıb. Əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri və polis əməkdaşları da cəlb olunub.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.oxu.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ