Bakı Avtovağzalında sərnişindaşıma dayanıb - RƏSMİ
Tarix: 24-03-2020, 11:18
Baxılıb: 1 853
Google+ Paylaş
Tumblr Paylaş

Bakı Avtovağzalında sərnişindaşıma dayanıb - RƏSMİ

24-03-2020, 11:18

"Bakı Beynəlxalq Avtovağzal Kompleksindən respublikanın bütün bölgələrinə və Naxçıvan Muxtar Respublikası, Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, İran İslam Respublikasının müxtəlif şəhərlərinə avtobus reyslərinin fəaliyyəti dayandırılıb".
Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
O əlavə edib ki, Bakı-Sumqayıt-Abşeron həlqəsi üzrə sərnişindaşımada problem olmayacaq.
Qeyd edək ki, dünən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.
Qərara əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, 
Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ