Güneyli qardaşlarımız Xocalı kampaniyasına qoşuldu
Tarix: 25-02-2020, 21:08
Baxılıb: 813
Google+ Paylaş
Tumblr Paylaş

Güneyli qardaşlarımız Xocalı kampaniyasına qoşuldu

25-02-2020, 21:08

Xocalı soyqırımının 28-ci il dönümü ərəfəsində güneyli milli-mədəni fəallar “Xocalıya ədalət” və “Xocalını unutmayaq” kampaniyası başladıblar.
Bu barədə Avromedia.az-a Güney Azərbaycanın milli fəalları məlumat veriblər.
Bildirilir ki, soydaşlarımız kampaniya çərçivəsində dünyanın müxtəlif yerlərində çeşidli tədbirlərlə məşğuldur. Fevralın 26-da, Təbriz vaxtı ilə 20:00-da Tvitter sosial şəbəkəsində #XocalınıUnutma, #DoNotForgetKhojaly, #XocalıyaAdalet, #JusticeForKhojaly həştəqlərinin paylaşılacağı qeyd edilib.
Eyni zamanda “Xocalıya ədalət” adlı qrup və kanallarda özəl konfranslar qurulmaqdadır.
Qeyd edək ki, bir qrup şəxs Teleqram sosial şəbəkəsində "Xocalıya ədalət kampaniyası" adlı kanal açaraq, İran rejiminin və millət vəkillərinin diqqətini bu faciəyə çəkməyi hədəfləyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ