Gözlər MSK-da - Seçkilərlə bağlı YEKUN TOPLANTI BAŞLADI
Tarix: 25-02-2020, 16:44
Baxılıb: 1 793
Google+ Paylaş
Tumblr Paylaş

Gözlər MSK-da - Seçkilərlə bağlı YEKUN TOPLANTI BAŞLADI

25-02-2020, 16:44

Mərkəzi Seçki Komissiyasının bu gün növbəti iclası keçirilir.
İclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır. Şikayətlər barədə məlumatı MSK katibi Arifə Muxtarova, MSK-nın və Eksepert qrupunun üzvləri oxuyurlar.
MSK-nın bugünkü iclasının gündəliyinə, həmçinin, Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi də daxildir.
Bundan əlavə gündəliyə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi də daxildir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ