Ərdoğanın Azərbaycana səfəri başladı
Tarix: 25-02-2020, 14:09
Baxılıb: 1 750
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğanın Azərbaycana səfəri başladı

25-02-2020, 14:09

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.  
Dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
R.T.Ərdoğanı hava limanında Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turqaner ilə digər rəsmi şəxslər qarşılayıb.
Prezidentin rəhbərlik etdiyi nümayəndə heyətinə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ətraf Mühit naziri Murat Kurum, Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez, Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Xəzinə və Maliyyət naziri Berak Albayrak, Prezident Administrasiyasının Əlaqələndirmə üzrə sədri Fahrettin Altun, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan daxildir. 
R.T.Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək.
İki ölkə prezidentləri - İlham Əliyev və R.T.Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, bununla yanaşı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.
İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin imzalanacağı da bildirilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ