Qoruyucu maskalar apteklərdən yoxa çıxıb və ya BAHA QİYMƏTƏ SATILIR
Tarix: 24-02-2020, 18:26
Baxılıb: 3 032
Google+ Paylaş
Tumblr Paylaş

Qoruyucu maskalar apteklərdən yoxa çıxıb və ya BAHA QİYMƏTƏ SATILIR

24-02-2020, 18:26

Dünyanı qorxuya gətirən korona virusu Cində baş qaldıraraq dünyanın bir çox ölkələrində yayılmağa başlayıb. İki mindən ćox  insan bu səbəbdən həyatını itirib .
Ölümlə nəticələnən  təhlükəli  korona virusu yuxarı tənəffüs yollarında infeksiyaya səbəb olur. 
Karona virusu əsasən ev heyvanlarında, vəhşi heyvanlarda  tapılır və heyvanlardan insanlara ,insanlardan da başqa insanlara keçərək surətlə  yayılır.
Öskürək, asqıraq və sair yollarla yayılan korona virusuna qonsu İran İslam Respublikasında da rast gəlinir.
Hətta bİr anda da ölümlə də nəticələnərək yayılır.  Türkiyə ,Gürcustan və bir çox  başqa ölkələr İran və Çinlə bütün gediş gəliş,  ticarət  əlaqələrini  müvəqqəti olaraq dayandırmışlar.
Azərbaycanda bu virus aşkar edilməsə də,  profilaktiki tədbirlər həyata keçirilir. Vaqonlar, avtobuslar xüsusi məhlullarla yuyulması məsləhət görülur. Apteklərdə  isə adi qoruyucu maskalar qəhətə çıxıb. İsbazlar görünür bundan istifadə edərək qıtlıq yaradır və qoruyucu maskalar tapılanda da iki qat baha qiymətə altdan satılır.
Korona virusundan qorunmaq üçün apteklərdə satılan adi qoruyucular yetərli deyil. Ćünki korona virusundan qorunmaq ücün  beynəlxalq standartlara uygun 
(n 95FFR3 ) markali qoruyucu maskalar  lazımdır.
Məhz belə maskalar təhlükəli virusdan, toz və kimyəvi maddələrdən qorunmaq ücün ən  vacib qoruyucu sayılir. Bəs bu qoruyucu maskaları hardan əldə etmək olar?
Bir neçə apteklərə müraciət etdik.
Nə adi qoruyucu , nə də beynəlxalq standartlara uygün olan maskalardan tapa bilmədik.
Səhiyyə nazirliyi ilə əlaqə saxlasaq da,  elektronlaşdirılmış robortların eyni sözü təkrar etmələrindən basqa heç bir məlumat əldə edə bilmədik.
Apteklərdə adi citdən hazır  satılan qoruyucu maskaların da qəhətə çıxması bizi məyus etdi .

Rauf İlyasoğlu

GunAz.azскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ