Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə MÜRACİƏT
Tarix: 21-02-2020, 19:06
Baxılıb: 2 034
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə MÜRACİƏT

21-02-2020, 19:06

          
Hörmətli cənab Prezident! 
Bu müraciətlə Sizin diqqətinizi Bakı şəhərində yerləşən Milli Onkologiya Mərkəzində baş verən neqativ hallara çəkmək istəyirik. Bu haqda bizlərdən birimizin imzası ilə “Təzadlar” qəzetinin 5 noyabr 2019-cu il tarixli sayında geniş məqalə çap olunmuş, həmin məqaləni 20-dən çox sayt bir-birindən götürərək dərc etmişdir. Təəssüf ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi indiyə kimi məqalədə qaldırılan korrupsiya faktlarına, bununla əlaqədar ölkəmizə dəyən maddi və mənəvi ziyana biganə qalmışdır. 
Məqalədə qaldırılan məsələlərdən biri də Milli Onkologiya Mərkəzində korrupsiyanın qarşısını almaq üçün onun girişində, foyesində və palatalarında aşağıdakı məzmunda elanın aşılaması haqqında təklifdir: 
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən onkoloji xəstələrin müalicəsi, müayinəsi və dərmanların verilməsi pulsuzdur.(Yaxud; dövlət tırəfindən təmin olunur.) 
Hətta biz istərdik ki, “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunu tam şəkildə onkoloji xəstəxananın girişində Azərbaycan və ingilis dillərində iri monitorlarda əks olunsun. Onda nəinki Azərbaycan vətəndaşları, bu qanunu oxuyan xarici vətəndaşlar da onkoloji xəstəliyə düçar olmuş insanlara ölkə Prezidentinin qayğısıyla tanış ola bilərlər. 
Təəssüf ki, bizim bir ilə yaxın cəhdimizə baxmayaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzinin rəhbərliyi bu məzmunda elanın asılması ilə bağlı heç bir tədbir görmürlər. Başqa sözlə desək, nə Sizin imzaladığınız qanuna, nə də bizim təklifimizə məhəl qoymurlar. 
Bu o, deməkdir ki, Səhiyyə Nazirliyi də, Milli Onkologiya Mərkəzinin rəhbərliyi də bu xəstəxanada korrupsiyanın yayılmasında maraqlıdırlar. Nəticədə imkansız xəstələr həyatlarını itirir, imkanlılar isə evlərini, avtomobillərini, əlində dəyərli nə varsa satıb pulları dələduz həkimlərə vermək məcburiyyətində qalırlar. 
Elə bilirik belə hallar Azərbaycan Dövlətçiliyinə zərbə vurur, Sizin yürütdüyünüz siyasəti gözdən salır. 
Ona görə də, xahiş edirik ki, Milli Onkologiya Mərkəzinin bütün palatalarında, müalicə və müayinə otaqlarında, dəhlizlərində yuxarıdakı məzmunda elanın asılması üçün bizə köməklik göstərəsiniz. 
Əgər təklifimiz baş tutarsa, siz də, biz də Allah qarşısında bir savab işə imza atmış olarıq.
Hörmətlə: 
Ağalar İdrisoğlu 
Əməkdar incəsənət xadimi, yazıçı-publisist
Atababa İsmayıloğlu 
Əməkdar Mədəniyyət işçisi, yazıçı-publisist
Nüşabə Məmmədli 
Yazıçı-publisist, Azərbaycan Qadın Yazıçılar Birliyinin sədri 
Sərvaz Hüseynoğlu 
Yazıçı-publisist
Azər Abdulla
Yazıçı, “Oğuz eli” qəzetinin redaktoru
Kamal Alışoğlu
Yazıçı-publisist
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ