"Müəllimi ilə sevgili olmaq hər bir şagirdin arzusudur"
Tarix: 15-02-2020, 23:03
Baxılıb: 4 535
Google+ Paylaş
Tumblr Paylaş

"Müəllimi ilə sevgili olmaq hər bir şagirdin arzusudur"

15-02-2020, 23:03

Milli.Az bildirir ki, bu sözləri qadın müəllimi ilə cinsi əlaqədə olan yeniyetmə hakim qarşısında söyləyib.
ABŞ-da daha bir qadın müəllim şagirdi ilə əxlaqsızlıq etdiyinə görə saxlanılıb. ABŞ-ın Viskonsin ştatının Gin Bey şəhərində yerləşən "Southwest High School"da asistan işləyən 31 yaşlı Courtney Roznowski azyaşlı şagirdi ilə cinsi əlaqədə olduğuna görə növbəti dəfə hakim qarşısına çıxarılıb.
Qadın müəllimin kolleqalarından biri onun şagirdlərlə yaxınlığından şübhələnib və rəhbərliyə məlumat verib. Araşdırmalar nəticəsində müəllimin şagirdlə sevgili olduğu aşkarlanıb.
Yeniyetmə əvvəlcə iddiaları təkzib edərək müəlliminin tərəfini tutsa da, onun yaşı 18-dən az olduğuna görə müəllim təcavüz maddəsi ilə saxlanılıb.
Yaşı 18-ə çatmadığına görə adı mətbuata açıqlanmayan yeniyetmə ifadəsində bildirib ki, xoş görünüşlü müəllimi ilə yatmaq hər şagirdin xəyalıdır. Onun dediyinə görə, uzun müddətdir ki sevgili olsalar da, cəmi 2 dəfə cinsi əlaqədə olublar.
Cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir..

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ