Azərbaycanda heyvanların identifikasiyası və qeydiyyatı sistemi yaradılır
Tarix: 13-02-2020, 13:59
Baxılıb: 1 847
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda heyvanların identifikasiyası və qeydiyyatı sistemi yaradılır

13-02-2020, 13:59

Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması istiqamətində bir sıra addımlar atılıb.
Avromedia.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, bununla bağlı işçi qrupu yaradılıb, Dünya Bankı ilə birlikdə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb: "Növbəti mərhələdə sistemin mərhələli şəkildə yaradılması üçün Bakı və Sumqayıtın və Abşeron rayonunun pilot region kimi seçilməsi və burada iri və xırdabuynuzlu heyvanların və atların identikləşdirilməsi və heyvandarlıq məhsullarının istehsalı və emalını həyata keçirən müəssisələrin qeydiyyatının aparılması nəzərdə tutulub. Pilot regionda 55 min 455 baş iri, 145 min 305 baş xırdabuynuzlu heyvan və 409 baş at var. Bu il bu heyvanların identikləşdirilərək qeydiyyatının aparılması nəzərdə tutulub".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ