Xalqa yanana səs verək , Seçilək, seçkiyə gedək!
Tarix: 6-02-2020, 14:59
Baxılıb: 2 578
Google+ Paylaş
Tumblr Paylaş

Xalqa yanana səs verək , Seçilək, seçkiyə gedək!

6-02-2020, 14:59

Fevral ayının 4 də Nərimanov rayonundaki
" Abu Arena " idman zalında minlərlə rayon  sakinlərinin, müharibə və əmək veteranlarının,şəhid ailələrinin, qazilərin, görkəmli  idmançıların, elm, mədəniyyət və incəsənət xadimlərinin və digər qonaqların  iştirakı ilə Nərimanov rayon 20 saylı ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Adil Əliyevlə  möhtəşəm görüş keçirilmişdir.
Onu da qeyd edək ki, təbliğat-  təsviqat kompaniyası ərəfəsində  kecirilmiş  hər bir görüş izdihamla qarşılanmış və millət vəkilinə el məhəbbəti qabariq dərəcədə hiss olunurdu. Beləki bir çox rayonların sakinləri  öz deputatlarını tanımadıqları  halda, Nərimanov rayonunda elə bir ailə olmaz ki Adil Əliyevi tanımasın.
İnsanlara sevgi və məhəbbətlə yanaşan  xeyirxah insanlar tarix boyu hər zaman qürurla  xatırlanırlar.  Adil Əliyev də  məhz belə xeyirxah, mərd, sözübütöv  insandir. Əsl Allah adamıdir. Allahın ən mömin bəndələrindəndir. Namaz əhlidir. Muqəddəs Həcc ziyarətində olmuş və  öz doğulduğu kəndində İki qoşa minarəli məscid tikdirmiş bu insanın xeyirxahlıqlarını sadalamaqla bitməz.
Adil muəllim usaqliq və yeniyetməlik illərini xatirlayaraq deyir : Məni internat məktəbinə gətirəndə hamı mənə iztehza ilə baxırdı.  Sonra Leninqradda ( indiki Sankt Peterburqda )Ali Hərbi Akademiyada oxuyanda da hərbiçi  olmağıma  çoxları gülürdü.Ali məktəbdə oxuyarkən,mən  vaqon bosaldarkən o vaxt çoxları valideyn qaygısıyla əhatə olunaraq   hazır ev xörəyi yeyirdi.Gecə- gündüz çalışmışam.
Çətinlikdən, əziyyətdən qorxmamışam.
İndi xaricdə oturub dövlətin əleyhinə ağına bozuna baxmadan danısanlardan sorusuram:-  Siz vətənimiz üçün, dövlətimiz üçün nə etmisiniz?
Günü- gündən güçlənən olkəmizin adına niyə xələl gətirirsiniz?  Azərbaycana qara yaxma kompaniyasına qosulanlar erməniyə rəvaç verirlər. Ölkəmiz günü - gündən güçləndikcə   insanların maddi rifahı da yaxşılaşır, xain qüvvələr öz paxıllığından, yalan dezinformasiyalar yaymaqdan əl çəkmir. Bu gün mən sevinirəm ki sağlam  gənclərimiz olduqca çoxdur. Zəhmətdən, isdən qorxmaq lazım deyil.
Gecə-  günduz çalısmışam.  Bu günki günə çox şükr ki, Allahın verdiyi   nemətlərdən, imkan daxilində bir şəhid ailəsinin , bir imkansız əlilin qapısını döyüb onun könlünü alıramsa, bacardıgım qədər köməyində dururamsa, bundan qurur duyuram. Biz  ilk növbədə şəhidlərimizə borcluyuq. Onlar bizim qururumuz, and yerimizdir. Bu gün minlərlə  yeniyetmələri  zərərli vərdislərdən uzaqlaşdirıb    idmana cəlb edirəmsə, ölkə Prezidentimizə borcluyuq. Cünki dövlətimiz bütün sahələrə olduğu kimi,  idman sahəsinə də  xususi diqqət və qayğı gostərir.  Əlbətdə ki, bu günun idmançisı sabahın əsvəridir.
Həqiqətən də ordumuz günü-  gündən güclənir.    Düşmən məkirli və hiyləgərdir. 20 faiz torpaqlarımiz duşmən taptağındadır.Biz şəhidlərimizin qanın yerdə qoymamalıyıq. Aprel döyüşləri bir daha ordumuzun gücünü göstərdi.
Azərbaycanla hegomon dövlətlər də hesablaşırlar. Azərbaycan  dünyada söz sahibidir. İnanıram ki tezliklə isğal olunmuş torpaqlarımızı yaği taptağından , təcavuzkarlardan azad edəcəyik. Bunun ücün dövlətimizin ətrafında sıx  birləşməliyik.
Adil Əliyevin  pafosdan uzaq, genis  və məzmunlu  çıxışı alqışlarla qarşılandı .
Tədbirdə istirak edən seçicilərin sevincinin həddi hüdudu yox idi. Çünki hər zaman əl telefonu və qərargahı insanların üzünə 

açıq olan Adil Əliyevin tək Nərimanov rayonu 20 saylı ikinci seçki dairəsi ərazisində sakinlərin ixtiyarına verdiyi  mərasim zalları gördüyü savab işlərdən biridir.
Bir tədqiqatçı jurnalist olaraq hər gün 150-300 insanı qəbul edib dinləmək,  onların problemlərini yerindəcə həll etmək həqiqətən də  insandan  səbr tələb edir.
Seçicilər öz dərdini,  çətinliyini Adil Əliyevə  deyir. İmkan daxilində əksər məsələlər yerindəcə həll olunur. Çoxları bəzən mənə qibtə də edirlər ki, sizin bəxtinizə belə xeyirxah , diqqətcil, xalqına dövlətinə ,elinə - obasına bağlı bir ziyalı çıxıb. Bu gün də deputatlığa namizədliyi irəli sürülmüş Adil Əliyevlə qürur duyur və hər bir Azərbaycan vətəndaşını fevralın 9- da keçiriləcək seçkilərdə fəal istirak etməyə çağırıram.
15 il əvvəl yazdığım "      

  Gəlin Adilə səs verək "  şeir yadıma duşdü :

Ashabi - Kəff dayaq olsun,
Sənin bu xoş amalına.
Quran sənə kömək olsun,
Nur tökülən camalına.

Səxavətli, dəyanətli,

Hər sözündə cəsarətli,
Davranışı xoş ədəbli,
Xalqa yanana səs verək .

El - obanın ümid yeri,
Seçilək,  seçkiyə gedək.
Kürsüyə layiqdir yeri,
Gəlin Adilə səs verək.

Rauf İlyasoğlu,
Nərimanov rayon sakini,
2 - ci qrup əlil, şair- publisist .



скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ