Nazir yeni məktəbli formalarının qiymətindən danışdı
Tarix: 27-01-2020, 14:16
Baxılıb: 1 628
Google+ Paylaş
Tumblr Paylaş

Nazir yeni məktəbli formalarının qiymətindən danışdı

27-01-2020, 14:16

Tövsiyə edilir ki, məktəbli formalarının qiyməti yüksək olmasın. Bir sıra istehsalçılar buna riayət edir.
Report xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, istehsalçıların özü də qiymərlərin aşağı olmasında maraqlıdır:
"Çünki qiymət münasib olarsa formalar da satılar. Məktəbli formalarının qiymətləri Təhsil Nazirliyi tərəfindən tənzimlənmir. Qanunvericiliyə əsasən məktəbli forması və yaxud məktəblilərlə bağlı hər hansı ləvazimatların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Onlar tələb-təklif əsasında təyin edilir. Bu barədə hər hansı bir rəqəmin səsləndirilməsi nazirliyin səlahiyyətləri xaricindədir. Qiymətlər keyfiyyət və formadan asılı olaraq dəyişir və bununla bağlı qərarı da istehsalçılar verir".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ