Bu ərazidə avtobus dayanacağı yoxdur - VİDEO
Tarix: 23-01-2020, 19:43
Baxılıb: 1 632
Google+ Paylaş
Tumblr Paylaş

Bu ərazidə avtobus dayanacağı yoxdur - VİDEO

23-01-2020, 19:43

Bakıda yaşayış massivlərindən birinin sakinləri dayanacaq sarıdan əziyyət çəkirlər. Üstəlik həmin massivdə yaşayanların çoxusu Qarabağ müharibəsi əlilləri, iştirakçıları və şəhid ailələridir. Sakinlər yaşayış massivinin yaxınlığına dayanacaq qoyulmasını istəyirlər. Aidiyyatı qurum da məsələ ilə bağlı açıqlama verib
Yolun kənarıda 8 yaşayış binası olsa da, avtobus dayanacağı yoxdur.
Bura Lökbatan dairəsi yaxınlığında yerləşən yaşayış massividir. Sakinlər deyirlər ki, avtobusa minib düşmək üçün təxminən 500 metrə yaxın piyada getməli olurlar. Üstəlik bildirirlər ki, həmin binalarda qalanların əksəriyyəti müharibə iştirakçıları və şəhid ailələridir. Bu massivdə müharibə əlillərinin çox olması problemi daha da aktuallaşdırır
Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, bu kimi problemlər olan zaman sakinlər mütləq agentliyə məlumat versinlər. Qurum sözügedən əraziyə baxış keçirəcək. Əgər həmin ərazidə dayanacağın ehtiyac olduğu təsdiqini taparsa, problem aradan qaldırılacaq. 

https://youtu.be/rQf7ioMlVkkскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ