Ötən il mediasiya xidməti sayəsində 228 cütlük nikahın pozulmasından imtina edib
Tarix: 23-01-2020, 10:42
Baxılıb: 1 732
Google+ Paylaş
Tumblr Paylaş

Ötən il mediasiya xidməti sayəsində 228 cütlük nikahın pozulmasından imtina edib

23-01-2020, 10:42

Ötən il mediasiya xidməti sayəsində nikahın pozulmasından imtina edən cütlüklərin sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə Bakı şəhərinin rayon və "ASAN xidmət" mərkəzlərindəki qeydiyyat şöbələrində nikah münasibətlərinin möhkəmlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədilə mediasiya xidmətinin göstərilməsinə dair müraciət edənlərdən 456 nəfəri (228 cütlük) nikahın pozulmasından imtina edib.

Qeyd edək ki, ölkədə "Mediasiya haqqında" qanunun tətbiqinə bu ilin iyulun 1-dən başlanılacaq.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ