Seçkilər haqda maraqlı fakt
Tarix: 21-01-2020, 11:25
Baxılıb: 1 140
Google+ Paylaş
Tumblr Paylaş

Seçkilər haqda maraqlı fakt

21-01-2020, 11:25

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat və təşviqat kampaniyasına start verilib. 
Avromedia.az xəbər verir ki, ötən seçkilərdən fərqli olaraq bu dəfə prosesə maraq böyükdür. Təbii ki, bunun kökündə ölkədə başlayan islahatlar kampaniyası dayanır. Həm namizədlərdə, həm seçicilərdə artıq ənənəvi seçki texnologiyasına son qoyulacağına ümid yaranıb. 
Elə bu səbəbdəndir ki, fevralın 9-da keçiriləcək seçkilərdə namizədlərin sayı son iki seçkidən əhəmiyyətli dərəcədə çoxdur. Məlumat üçün deyək ki, 2010-cu ildə keçirilən parlament seçkilərində 736, 2015-ci il seçkisində 1246 namizəd iştirak edib. Fevralın 9-da keçiriləcək seçkilərə gəlincə, namizədlərin sayı 1623-ə yüksəlib.
Bu dəfəki seçkilərdə siyasi partiyalar da aktiv iştirak edir. Yenisabah.az-ın apardığı araşdırma zamanı aydın olub ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 123 namizədlə prosesə qatılıb. 
YAP-dan sonra ən çox namizədlə seçkilərdə iştirak edən Müsavat Partiyasıdır. Bu partiyanın 60 namizədi qeydə alınıb. 
Müsavatdan sonra "Real Cümhuriyyətçilər" bloku gəlir. Respublikaçı Alternativ Partiyası (REAL) və bitərəflərin birləşdiyi blok seçkilərdə 31 namizədlər iştirak edir. 
Digər partiyaların namizəd sayına görə sonrakı sıralaması belədir:
Ümid" Partiyası - 21 namizəd
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 17 namizəd 
Azərbaycan Demokrat Partiyası - 10 namizəd
Vətəndaş Həmrəyliyi Partiyası - 9 namizəd 
Azərbaycan Milli İstiqlal Partiyası - 9 namizəd.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ